Peşəkar Futbol Liqası 2024/25 mövsümü üçün ən çox və az legioner futbolçu oynadan klubları açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ən çox əcnəbi futbolçu "Qarabağ"da çıxış edib. Ağdam təmsilçisi mövsüm boyunca 17 legioner oynadıb.
Ən az əcnəbi isə "Səbail"də olub - 12.
Ən az yerli futbolçunun oynadığı klub "Zirə"dir. Onlar cəmi 12 yerli oyunçuya şans verib. "Şamaxı" isə ən çox oynadan klubdur - 22.
Bundan əlavə, "Şamaxı", "Sumqayıt" və "Kəpəz" ümumilikdə 34 oyunçudan istifadə edib. Ən az göstərici isə "Araz-Naxçıvan"a məxsusdur - 25.