Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Tərtər rayonunun Cəmilli kəndi yaxınlığından keçən Suqovşan-Goranboy magistral su kanalında çimmək istəyən dörd nəfər suya düşüb.
Milli.Az xəbər verir ki, güclü axın onların kanalda qalmasına səbəb olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə üç nəfər xilas edilib. Lakin bir nəfərin 30 yaşlı Natiq Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məlumata görə, vəfat edən Natiq Hüseynov 2020-ci il Vətən müharibəsində şəhid olmuş Amil Hüseynovun qardaşıdır.
Asya
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.