AZ

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir

Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.

Operativ Media  xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Mərhumun cənazəsi Gənc Tamaşaçılar Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xal yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm və mədəniyyət xadimləri, Milli Məclisinin deputatları, mərhumun əsərlərini çoxsaylı oxucuları teatrın binasına gələrək, unudulmaz nasirə son borclarını verirlər.

Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Elçin Əfəndiyevin bənzərsiz yaradıcılığından danışılıb. Bildirib ki, o, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.

Seçilən
22
1
operativmedia.az

2Mənbələr