“Leyptsiq”in hücumçusu Benjamin Şeşko karyerasını Premyer Liqada davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” 22 yaşlı sloveniyalı üçün “Nyukasl”ın verdiyi təzminatı ödəməyə hazırdır. “Qırmızı şeytanlar” futbolçu üçün 75 milyon avro təklif edib.
Şeşko 2023-cü ildən “Leypsiq”də çıxış edir. 2024/25 mövsümündə forvard 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.