AZ

Uralda azərbaycanlı diaspor rəhbərinə qarşı “ovu”n pərdə arxasında nələr və kimlər var? 

“Bakı Plaza”ya reyd, “aylıq abunə”, saxlanmalar və ölümlərlə nəticələnən repressiya planı – FTX-nın dəstək verdiyi Vidadi Mustafayev kimdir?..

Poliqon xəbər verir ki, Ural bölgəsində azərbaycanlı diasporun rəhbəri Şahin Şıxlinskini hədəfə alan olayların təfərrüatı ortaya çıxıb. Araşdırmanı həyata keçirən “VÇK-OQPU” telegram kanalının məlumatına görə, proses 2021-ci ilin oktyabrında başlayıb və 2025-ci ilin yayında repressiv pik nöqtəyə çatıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Ural bölgəsində azərbaycanlı icmasının rəhbəri Şahin Şıxlinskini hədəfə alan təzyiqlərin kökündə güc strukturlarının dəstəklədiyi və içində azərbaycanlıların da olduğu plan durur. Hadisələrin başlanğıcı 2021-ci ilin oktyabr ayına gedib çıxır.

Həmin ilin oktyabrında Sredneuralskın sabiq meri Andrey Zaşlyapin Sverdlovsk vilayəti üzrə FTX əməkdaşı Artyom Şunaylova 10 milyon rubl rüşvət verməyə cəhd edərkən saxlanılıb. Bu rüşvəti çatdırmaq üçün vasitəçi qismində əvvəllər dələduzluq və xuliqanlıq maddələri ilə məhkum olunmuş ictimai fəal, “yeraz” Vidadi Mustafayev çıxış edib

Daha sonra Mustafayev istintaqla əməkdaşlıq qurub, FTX ilə razılaşma imzalayıb və azadlığa buraxılıb. Ardınca FTX-nın dəstəyi ilə bölgədəki azərbaycanlı iş adamlarına qarşı təzyiq mexanizmi qurub. Mustafayev güc strukturlarından istifadə edərək əvvəlcə süni problemlər yaradıb, sonra həmin problemlərin pul qarşılığında “həllini” təklif edib.

2024-cü ilin martında hüquq-mühafizə orqanları Şahin Şıxlinskiyə məxsus “Bakı Plaza” biznes mərkəzinə basqın təşkil edib. Qısa müddət sonra Şıxlinskiyə yaxın şəxslərə “aylıq abunə”, hər ay 500 min rubl ödəməklə toxunulmazlıq təklifi göndərilib.

Bundan başqa, Mustafayev ərazi üzrə tanınmış “Xəzər” restoranının rusiyalı sahibəsinə qarşı da təzyiq göstərib və obyektin ona könüllü və ödənişsiz verilməsini tələb edib.

Bu proseslə paralel olaraq Şıxlinskinin azərbaycanlı diaspor rəhbəri postundan uzaqlaşdırılması məqsədilə plan qurulub. Həmin plan çərçivəsində Mustafayev öz adamlarını bu vəzifəyə irəli sürmək üçün hərəkətə keçib. O, talış əsilli kriminal avtoritet Əhliyman Gəncəyev və eyrəz mənşəli avtoritet İkram Hacıyevlə birləşərək bölgədəki digər nüfuzlu azərbaycanlılara qarşı informasiya hücumuna başlayıb.

2025-ci il iyunun 27-də Mustafayevin ifadələri əsasında, Rusiya FTX-nın “M” idarəsinin rəhbəri Serqiyenkonun sanksiyası ilə xüsusi əməliyyat baş tutub. Əməliyyatda FTX, Rosqvardiya və Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edib. Əməliyyata Sverdlovsk vilayət DİN-in ağır cinayətlər şöbəsinin rəhbəri, polkovnik Yevgeni Murzin rəhbərlik edib.

Əməliyyat zamanı Şıxlinskiyə yaxın olan 20-dən çox ünvanda axtarış və saxlanma həyata keçirilib. Evdə olan bütün kişilər və yeniyetmə oğlanlar istintaqa aparılıb. Saxlanılan şəxslər elektroşok, boğma, döymə kimi ağır işgəncələrə məruz qalıb. Onların hamısı Sverdlovsk vilayətində, Frunze küçəsi 73A ünvanında yerləşən DİN-in ekstremizmlə mübarizə idarəsinə gətirilib.

İşgəncələr nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatını itirib.

Həbsdən yayınmaq üçün Şahin Şıxlinski həmin vaxt Moskvada Azərbaycan səfirliyinin qonaq evində yerləşib. O, öz günahsızlığına əmin olaraq və Rusiya tərəfindən səfirliyə edilən təzyiqləri nəzərə alaraq, diplomatik böhranın qarşısını almaq məqsədilə könüllü şəkildə səfirliyi tərk edib.

2025-ci il avqustun 1-də Şıxlinski Azərbaycan səfirliyini tərk edib və ərazidə gözləyən FTX əməkdaşlarına təslim olub. O, əvvəlcə Moskvadakı FTX-nın İstintaq İdarəsinə aparılıb, sonra təyyarə ilə Yekaterinburqa göndərilib.

Yekaterinburqda ona qarşı qətl və cinayətkar qrup yaratmaq ittihamları irəli sürülüb. Bu iş yerli FTX və DİN strukturlarında Mustafayevin tərəfdarları tərəfindən quraşdırılıb. Məqsəd Şıxlinskini neytrallaşdırmaq və onun yerinə Vidadi Mustafayevi təyin etmək olub.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr