Murad Arif televiziya efirlərindəki keyfiyyət problemlərinə sərt münasibət bildirib.
Ölkə.az xəbər verir ki, “Sabaha saxlamayaq” proqramında qonaq olan sənətçi reytinq anlayışının Azərbaycan reallıqlarına uyğun olmadığını vurğulayıb.
Murad Arif qeyd edib ki, efirlərdə musiqi və əyləncə mövzusunda ciddi “özbaşınalıq” hökm sürür:
“Reytinq bizə görə deyil. Tv-lərdə keyfiyyəti qorumaq çətindir. Bir kanalla olmur. Bir kanal imtina etsə, olmur. Mən ayrılıqda hansısa kanalı qınaya bilmərəm, amma mən o vəziyyəti qınayıram ki, efirlərdə janr balansı pozulub, bayağılıq və bəsitlik hər efirin məcburiyyətinə çevrilib.”
Musiqiçinin sözlərinə görə, bu gün bir çox televiziya proqramı TikTok və YouTube platformalarından fərqlənmir:
“Verilişlərin və aparıcıların yeganə meyarı ‘reyting verir, yoxsa vermir?’ sualına cavabdır. Keyfiyyət, estetik dəyərlər arxa plandadır.”
Murad Arif hesab edir ki, bu vəziyyət artıq medianın öz öhdəsindən çıxacağı bir məsələ deyil və birbaşa dövlət müdaxiləsinə ehtiyac var:
“Məsələ birbaşa dövlətin müdaxiləsinə qalır. Reytinq Azərbaycan üçün deyilmiş.”
Qeyd edək ki, sentyabrın 30-u Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşan Murad Arif bu fikirləri ictimaiyyət arasında maraqla qarşılanıb.