AZ

Elon Maskın Türkiyə gəliri məlum oldu... Yenə də sərvətini artırdı

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milyarder iş adamı Elon Mask Türkiyədə Tesla satışlarına fasilə vermədən davam edir.

Sherg.az xəbər verir ki, Avtomobillərin Xüsusi İstehlak Vergisi (ÖTV) dərəcələri dəyişdi. Bu vəziyyəti əvvəlcədən görən şəxslər vergi dəyişikliyindən əvvəl avtomobil alışı ediblər.

Elektrikli avtomobillərə olan tələbat isə davam edir. Yerli və milli avtomobil Togg iyul ayında 2720 ədəd satıldığı halda, ABŞ-ın elektrikli avtomobil nəhəngi Tesla 4706 ədəd satış həyata keçirib.

Milyarder iş adamı Elon Maskın sahibi olduğu Teslanın 4706 avtomobil satışı nəticəsində, ÖTV və ƏDV çıxılmaqla nə qədər qazandığı məlum olub.

Elon Maskın Türkiyədən əldə etdiyi gəlir təxminən 7,8 milyard lirə səviyyəsindədir. Bu məbləğ dollarla ifadə olunduqda təxminən 193 milyon dollara bərabərdir.

İyun ayında Teslanın satışları 7325 ədəd təşkil etmişdi. Həmin aykı gəliri isə təxminən 342 milyon dollar olmuşdu.

Bütün avtomobil markaları qiymətlərini yeni ÖTV dərəcələrinə uyğun şəkildə dəyişdi. Teslada da qiymətlər ÖTV artımı qədər bahalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
sherg.az

2Mənbələr