AZ

Bahar Muradova: “O, Tanrının dərgahında da ucalarda olacaq”

"Elçin müəllim Tanrının dərgahında da hər zaman ucalarda olacaq. Çünki o, yalnız insanlığa deyil, həm də Tanrıya xitab edirdi. Onun yazılarında millilik, müasirlik və bəşəri dəyərlər öz əksini tapırdı. O, insan üçün, insanlıq üçün yazırdı".

Olaylar.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, yazıçı doğulduğu bölgəni, yaşadığı torpağı, ölkəsini hər şeydən üstün tuturdu:

"Qarabağın bağrında yetişən bir nəslin nümayəndəsi kimi, həmin nəslin adət-ənənələrini sənətə gətirməyi və onu yüksək səviyyədə yaşatmağı bacardı. Mən hesab edirəm ki, bu milliliyi və dünyanın hər yerində anlaşıla biləcək müasirliyi bir şəxsiyyətin timsalında yalnız Elçin müəllim bu qədər gözəl şəkildə birləşdirə bilərdi.

Nə qədər ədəbiyyat var, nə qədər insanlıq var, nə qədər sözə dəyər verənlər var - Elçin müəllim həmişə ucada olacaq. Onun yeri indi Tanrının dərgahındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr