AZ

Bakıdakı səfirliklər üçün icarə haqqı nə qədərdir?

Bakıdakı İran səfirliyinin borcu barədə məlumatın peyda olmasından sonra Azərbaycan paytaxtında yerləşən diplomatik korpus üçün ərazi kirayəsi məsələsi müzakirə mövzusu olub.

Yenisabah.az xəbər verir ki, hələlik yalnız bir səfirliyin ödəmədiyi məbləğ ictimai aşkarlıq tapıb. Lakin əsas məsələ xarici diplomatların çalışdığı tikililərə görə ödənişin məbləğidir. 

Nazirlər Kabinetinin 29 noyabr 2007-ci il tarixli 191 nömrəli qərarı ilə “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” müəyyənləşib.  Toyuqlu pizza

Xarici səfirliklərin, diplomatik nümayəndəliklərin icarəyə götürdüyü sahələr üzrə 

1 m2 sahənin illik icarə haqqı tarifi:

İcarə haqqının minimum məbləğinin hesablanması zamanı icarə haqqı tarifinə müvafiq olaraq, icarəyə götürülən sahənin yerləşdiyi əraziyə görə zona əmsalı (Zə) və sahənin tarix və mədəniyyət abidəsində yerləşdiyini nəzərə alaraq memarlıq əmsalı (Mə) tətbiq edilir. 

Zə – zona əmsalı icarəyə verilən dövlət əmlakının yerləşdiyi əraziyə görə bu qərarda göstərilən zonalar üzrə və bu zonaların müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş sərhədləri aşağıdakı kimi qəbul edilir

 

Tarix və mədəniyyət abidələrinə aid binalarda yerləşən yerüstü sahələr üzrə 1 kv.m sahənin illik icarə haqqı əlavə olaraq 1,2 əmsalına (memarlıq əmsalı) vurulur.

Beləliklə, 1 kv.m sahə üzrə icarə haqqının ilkin minimum məbləği aşağıdakı düsturla hesablanır:

1 İm = Tm x Zə x Mə

burada:

1 İm – icarə haqqının ilkin minimum məbləği;

Tm – müəyyən edilmiş icarə haqqı tarifi;

Zə  – zona əmsalı;

Mə – memarlıq əmsalıdır.

İcarə haqqı tarifi cədvəlindəki 1-ci qrupa daxil olan sahələr üzrə icarə haqqı hesablanarkən zona əmsalı tətbiq edilmir.

Talvar sahələri üzrə icarə haqqı adi qaydada hesablanmış icarə haqqının 50 faizi miqdarında müəyyən edilir.

İcarəçi icarə sahəsini təyinatına görə istifadə etmədikdə, icarə haqqı sahənin faktiki təyinatına görə müəyyən edilir.

Xatırladaq ki, rəsmi Bakının hesablamalarına görə, İranın Azərbaycandakı səfirliyi və ona bağlı digər strukturlar, o cümlədən Mədəniyyət Mərkəzi, Təhsil Kompleksi və İran Radio-Televiziya Korporasiyasının Bakı bürosu (1996-dan başlayaraq) təxminən 30 il ərzində dövlətə 4 milyon 312 min manat, yəni 2,53 milyon ABŞ dolları həcmində icarə haqqı borcu yığıb.

Qanunvericiliyə əsasən, xarici dövlətlər torpağın mülkiyyətçisi ola bilməz və bu ərazilərin istifadəsinə görə müvafiq icarə haqqı ödənilməlidir.

Dövlət Əmlak Xidməti 2023-cü ildə İran tərəfinə bir neçə dəfə rəsmi xəbərdarlıq məktubu göndərsə də, cavab alınmayıb. Məhkəmə prosesində İran tərəfi beynəlxalq hüquq normalarına istinad edərək, bu cür mübahisələrin yerli məhkəmələrdə baxıla bilməyəcəyini iddia edib.


Telegram kanalımız
Seçilən
26
1
yenisabah.az

2Mənbələr