AZ

"Google" axtarış sisteminin Azərbaycan bazarında payı artıb

Bakı. Trend:

Bu ilin iyul ayında 81,28 faiz paya sahib olan "Google"Azərbaycanda ən populyar axtarış sistemi kimi qalmaqda davamedib.

Trend-in“Global Stats” Statistika Mərkəzindən əldə etdiyi məlumata görə,cari ilin iyun ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı1,39 faiz bəndi artıb.

Hesabat dövründə "Yandex" axtarış sisteminin payı 1,47 faizbəndi azalaraq 16,4 faiz təşkil edib.

Cari ilin iyul ayında "Bing" axtarış sisteminin payı 0,03 faizbəndi artaraq, 1,23 faizə, "Yahoo"nun payı isə 0,04 faiz bəndiazalaraq 0,47 faizə bərabər olub.

Hesabat dövründə Azərbaycanın axtarış sistemi bazarında 0,62faiz digər axtarış sistemlərinin payına düşüb.

Seçilən
20
az.trend.az

1Mənbələr