AZ

Avropa Kuboku: Azərbaycanın gənc cüdoçuları komanda hesabında birinci olublar

Avropa

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, son yarış günündə daha 2 cüdoçumuz Dövlət Himnimizi səsləndirib. Süleyman Şükürov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kiloqram), Əbil Yusubov (73 kiloqram) qızıl, Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc medal əldə edib.

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.

Seçilən
18
28
xalqcebhesi.az

10Mənbələr