AZ

Avropa ölkəsi Rusiya ilə sərhəddə çəpərlər quraşdırmağa başladı

Estoniya Rusiya ilə sərhəddə yeni çəpərlər quraşdırmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Narvada ölkəni Rusiyanın İvanqorod şəhəri ilə birləşdirən "Dostluq" körpüsündə metal darvazalar quraşdırılıb.

Məlumata əsasən, bu, Şengen zonasının xarici sərhədində icazəsiz girişin qarşısını almağa və nəzarəti gücləndirməyə yönəlmiş yeni təhlükəsizlik sisteminin ilk elementidir.

Hazırda qapılar körpünün avtomobil zolağını bağlayıb. Gələcəkdə piyadalar üçün nəzərdə tutulan hissədə də analoji çəpərlərin quraşdırılması nəzərdə tutulub.

Milli.Az

Seçilən
7
milli.az

1Mənbələr