AZ

Zukenberq "Ayfona"a savaş elan etdi - "Yeni era başlayır"

Hurriyyet.az xəbər verir ki, "Meta" şirkətinin başçısı Mark Zukenberq smartfonlar erasının sonunun gəldiyini bəyan edib. 

 "WSJ" nəşrinin məlumatına görə, o, onlayn yazıda “fərdi super intellekt” konsepsiyasını təqdim edib – gün ərzində sahibini görə, eşidə və başa düşə biləcək, süni intellektə malik ağıllı eynəklər.

"Ayfon"dan (iPhone) fərqli olaraq, yeni cihaz aparat və proqram təminatını birləşdirəcək və insanın əsas hesablama qurğusuna çevriləcək. Meta eynəklər kameralar, mikrofonlar, dinamiklər, gələcəkdə isə linzalarda quraşdırılmış ekranlarla təchiz ediləcək.

Zukerberq bu ideyanı həyata keçirmək məqsədi ilə ən yaxşı süni intellekt mütəxəssislərini cəlb etmək üçün milyon dollarla sərmayə qoyur, 100 milyon dollara qədər maaş paketləri təklif edir.

Hürr Tərcüman

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr