AZ

Avropanın say-seçmə klubları - “Sabah” və “Araz Naxçıvan” üçün PÜŞK

Bu gün İsveçrənin Nyon şəhərində Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” və “Sabah” da potensial rəqiblərini öyrənəcək.

Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.

Püşkatmada “Araz-Naxçıvan” - “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” - Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.

“Sabah”ın potensial rəqibləri

“AZ Alkmaar” (Niderland) – “Vaduz”(Lixtenşteyn) cütünün qalibi

“Anderlext” (Belçika) – “Şerif” (Moldova)

“Luqano” (İsveçrə) – “Selje” (Sloveniya)

“Rayo Valyekano”(İspaniya)

“Rasinq”(Fransa)

Araz Naxçıvan”ın potensial rəqibləri

“Riqa” (Latviya) – “Beitar” Yerusəlim (İsrail) cütünün qalibi

PAOK FK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu (Avroliqa)

“Rusenborq” (Norveç) – “Hammarbü”(İsveç) cütünün qalibi

“Hekken” (İsveç) – “Brann” (Norveç) cütünün məğlubu (Avroliqa)

Qeyd: “Kristal Pelas” FK (İngiltərə). Turnirdə iştirakı hazırda davam edən hüquqi proseslərə bağlıdır.

Püşkatma mərasimi saat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.

Seçilən
34
5
sportinfo.az

9Mənbələr