AZ

İranlı ekspert: “Azərbaycan “İbrahim sazişini”nə qoşulacaq”

“İbrahim sazişinə qoşulan Qafqaz və Mərkəzi Asiya ölkələrinin mesajı ondan ibarətdir ki, İsrailin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün ABŞ-ın rəhbərlik etdiyi regional koalisiya yaradılır”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Qasim Mömeni İLNA Agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu əlaqələr təkcə siyasi deyil, həm də iqtisadi, təhlükəsizlik, səhiyyə və hətta kənd təsərrüfatı istiqamətlərini əhatə edir. “İsraillə diplomatik əlaqələr qurmuş və hətta işğal olunmuş ərazilərdə səfirliyini açmış olması iki tərəf arasında açıq-aydın bir yaxınlaşma olduğunu göstərir. Bu yaxınlarda Azərbaycanın İbrahim sazişinə qoşulması ilə bağlı gündəmə gələn məsələ, əslində, İsraillə Donald Tramp arasında ilk dəfə sülh müqaviləsi imzalanarkən bu yaxınlıq siyasətinin davamıdır”.

Mömeni Azərbaycanın “İbrahim sazişi”nə qoşulmaq məsələsinə də münasibət bildirib. “Bəzi dini və siyasi mülahizələr Bakını tez bir zamanda sazişə qoşulmasını məhdudlaşdıra bilər. Lakin Azərbaycanın İsraillə strateji münasibətlərini, xüsusən də 2020-ci ildə Qarabağ müharibəsi zamanı, İsrailin Bakıya dəstəkdə mühüm rol oynadığı bir vaxtda, Azərbaycanın yaxın gələcəkdə sazişə qoşulacağı ehtimalı böyük görünür”.

Fərda Uğur

Seçilən
13
tribunainfo.az

1Mənbələr