AZ

Arvadının qətlində təqsirli bilinən şəxsə ağır cəza verildi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bakının Sabunçu rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror təqsirləndirilənin 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Həsənbala Rəhimov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Bakının Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində cəlb olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Elgün Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
oxu.az

1Mənbələr