AZ

"Neftçi"nin baş məşqçisi daha 2-3 nəfəri “qara siyahı”ya saldı, danışıqlar başladı

"Neftçi" önmüzdəki günlərdə daha 2-3 futbolçu ilə vidalaşa bilər.

Saytımız bu barədə paytaxt təmsilçisindən məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə yanaşı, daha bir neçə nəfərin tezliklə düşərgədən ayrılması gözlənilir.

Hansı ki, Samir Abasovun istəyidir. Bas məşqçi Polşa toplanışının yekununda bununla bağlı rəhbərliyə hesabat təqdim edib.

Çalışdırıcının «qara siyahı»sına həm yerlilər, həm də legionerlər daxildir.

Abasovun mövqeyinə anlayış göstərən rəsmilər dərhal hərəkətə keçib, həmin oyunçularla danışıqlara başlayıb. Ki, mövcud müqavilələri müəyyən təzminat qarşılığında pozmaq mümkün olsun.

«Ağ-qaralar» yeni mövsüm öncəsi 14 nəfərlə yollarını ayırıb.

Bura Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte daxildir.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr