“Bakıdakı həbsxanalarda iranlı məhkumlara qarşı insan haqlarına zidd rəftar baş verir”.
Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
O bildirib ki, İran tərəfi bu məsələ ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə etiraz notaları təqdim edib və məsələnin ciddi şəkildə izlənildiyini bəyan edib:
“Təəssüf ki, bəzi hallarda vətəndaşlarımızın həbsindən illər keçsə də, onlarla konsulluq görüşü keçirmək mümkün olmayıb”, - deyə siyasətçi vurğulayıb.
Bəqai həmçinin iki ölkə arasında mövcud olan məhkum mübadiləsi sazişinə toxunaraq, iranlı məhkumların İrana təhvil verilməsinin bu problemlərin həllinə töhfə verəcəyini iddia edib.
Daşqın HəsənovMissiya.Az