BAKI, 4 avqust. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubunu keçəcəyi təqdirdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” cütünün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə iyulun 5-də səfərdə, 12-də isə Bakıda qarşılaşacaq.