AZ

Yəmən sahillərində gəminin batması nəticəsində 20 miqrant həlak olub

Yəmənin cənubundakı Abyan əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan gəminin batması nəticəsində 20-yə yaxın adam ölüb, onlarla insan itkin düşüb. Bu barədə Anadolu agentliyi xəbər verir.

Məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Gəminin Efiopiyadan olan sığınacaq axtaranları daşıdığı bildirilir.

Qeyd olunur ki, Yəmən Afrika Buynuzu, xüsusilə Efiopiya və Somalidən İran körfəzinin digər ölkələrinə və onun hüdudlarından kənara gedən qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsidir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr