AZ

Nigeriyada silahlı hücumlar: 5 ölü, 50 nəfər girov

Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında cinayətkar  dəstə üzvlərinin silsilə silahlı hücumları nəticəsində azı 5 nəfər həlak olub, 50 nəfər isə girov götürülüb.

Nigeriya mediasının məlumatına görə, hücumlar ştatın 16 müxtəlif bölgəsində baş verib. Silahlı şəxslər kəndlərə hücum edərək dinc əhaliyə atəş açıb, sonra onlarla insanı qaçırıblar.

Nigeriya uzun müddətdir ki, quldur  dəstələrinin aktivliyi, həmçinin Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Ölkədə adam oğurluğuna görə ölüm cəzası olsa da, fidyə müqabilində girov götürülmə halları mütəmadi olaraq baş verir. Cinayətkarlar daha çox şimal bölgələrində fəaliyyət göstərir, kəndlərə, məktəblərə və ictimai nəqliyyata hücum edirlər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr