AZ

İran müdafiəni gücləndirmək üçün şura yaradıb

İran hökuməti avqustun 3-də yeni Milli Müdafiə Şurasının yaradılmasını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki,  bu struktura mərkəzləşdirilmiş qaydada müdafiə planlarını və silahlı qüvvələrin imkanlarını qiymətləndirmək tapşırılacaq.

Yeni struktura İran prezidenti Məsud Pazeşkian rəhbərlik edəcək. Şuranın tərkibinə parlamentin spikeri, Ali Məhkəmənin sədri, silahlı qüvvələrin komandanları, müvafiq nazirliklərin nümayəndələri daxil olacaq.

Seçilən
10
operativmedia.az

1Mənbələr