AZ

Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə həyat keyfiyyətini yüksəldir - Ziyad Nəsibov (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinininfeksionisti Ziyad Nəsibov nazirliyin rəsmi səhifəsinə müsahibəverib.

Trendhəmin müsahibəni təqdim edir:

- İİV infeksiyasından profilaktika və qorunma tədbirlərihaqqında ətraflı məlumat verərdiniz...

- İnsanın İmmunçatışmazlığı Virusları (İİV) ilə mübarizədə əsasşərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Unutmamalıyıqki, profilaktika hər zaman müalicədən daha üstündür. Risklidavranışlardan çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq, gigiyenikqaydalara əməl etmək və ən əsası, maariflənməklə biz özümüzü,ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik.

Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılıolmayaraq, ən azı ildə iki dəfə İİV-ə müayinədən keçsin. MüayinələrSəhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində vəmərkəzin regional laboratoriyalarında ödənişsiz, konfidensiallıqprinsipi qorunmaq şərtilə həyata keçirilir. Eyni zamanda,müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindənödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izaholunur, Təmasdan öncə profilaktika (Prep) və Təmasdan sonraprofilaktika (PEP) barədə məlumatlar verilir.

İİV-infeksiyasına yoluxma yolları barədə məlumatlı olduqdansonra, asanlıqla bu infeksiyaya yoluxmanın qarşısını almaqmümkündür. İİV-ə cinsi yolla yoluxmanın qarşısını almaq üçüntəsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək və qoruyuculardanistifadə etmək tövsiyə olunur.

Azərbaycanda virusa parenteral yolla yoluxmanın qarşısını almaqməqsədilə, xüsusilə inyeksion narkotik istifadəçiləri arasındazərərin azaldılması proqramları çərçivəsində, risk qruplarınınİİV-ə mütəmadi müayinəsi və profilaktik tədbirlər həyata keçirilir.Qeyd etmək istərdim ki, ölkədə Əvəzedici Opioid Terapiya (ƏOT)tətbiqi nəticəsində inyeksion narkotik istifadəçilərinin sayıəvvəlki illərlə müqayisədə iki dəfəyədək azalıb. Bundan əlavə,donor qanlarının və nikahdan öncə İİV-ə mütləq müayinələrinaparılması İİV-ə yoluxma ilə mübarizədə həyata keçirilən mühümaddımlardan biridir.

İİV-in bətndaxili inkişaf dövründə anadan uşağa ötürülməsininqarşısını almaq üçün, qadınların hamiləlik müddətində mütləqqaydada qadın məsləhətxanalarında qeydiyyata durması və İİV-əmüayinə olunması vacib şərtlərdən biridir.

- ARV-terapiyaya (Antiretroviral müalicə) nə zamanbaşlanılmalıdır?

- İİV virusları insanın immun sisteminin hüceyrələrindəçoxalaraq, tədricən hüceyrələrin zədələnməsinə səbəb olur. Nəticədəorqanizm müdafiə funksiyasını yerinə yetirə bilmir: müxtəlifxəstəliklərin törədicilərinə, viruslara, bakteriyalara vəbədxassəli şişlərə qarşı mübarizə aparmaq qabiliyyəti zəifləyir.İnsanda sağalması mümkün olmayan ağır infeksion xəstəliklər inkişafedir.

İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğu üçün,müalicəsi də ömürlükdür, yəni İİV-ə yoluxmuş şəxslər daimi olaraqantiretroviral preparatları qəbul etməlidirlər. Virusa qarşı tətbiqolunan müalicə-antiretrovirus müalicə (ARV terapiya) adlanır.Müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun replikasiyasınınqarşısını almaqla onun qanda müəyyən olunmayan səviyyəyə qədərendirilməsi və immun sistemin bərpasından ibarətdir. Nəticədə İİV-əyoluxmuş şəxslərdə həyatın uzadılması və onun keyfiyyətininyaxşılaşdırılması, ikincili xəstəliklərin inkişafının qarşısınınalınması, ölüm hallarının azaldılması və İİV-in ötürülmə tezliyininazaldılması baş verir.

İİV-ə yoluxmuş şəxslərin müalicəsi Səhiyyə Nazirliyi RespublikaQİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuşdərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. Müalicəxəstənin aşkar olunduğu vaxtdan təyin olunur. Müalicənin əsasşərtlərindən biri xəstələrin müalicə rejiminə düzgün əməl etməsi vəARV terapiyaya sadiqliyidir. Xəstələr ARV terapiya rejiminə düzgünəməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu cür hallarMərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrəlazımi yardım göstərilir.

- İİV/QİÇS-ə qarşı peyvənd mövcuddurmu?

- Peyvənd müəyyən bir yoluxucu xəstəliyə qarşı aktiv qazanılmışimmuniteti təmin edən bioloji preparatdır. Adətən xəstəliyə səbəbolan mikroorqanizmin öldürülmüş və ya zəiflədilmiş ştamlarından,onların toksinləri, yaxud səthi zülallarından hazırlanır vəorqanizmə yeridilir. Bir müddət sonra ona qarşı yaranananticisimlər sayəsində insan bu xəstəliyi yüngül keçirir və yaxudyoluxma baş vermir. Virus etiologiyalı digər xəstəliklərə görətövsiyə olunan peyvəndlər qan dövranına daxil olan zaman, immunhüceyrələrimiz, daha dəqiq desək, B-limfositlər daxil olan antigenəqarşı anticisimləri yaratmağa başlayır. Ancaq, İİV virusları fərqlixüsusiyyətə malikdir.

Elmi araşdırmalar vasitəsilə müəyyən olunub ki, digərviruslardan fərqli olaraq, İİV yalnız hüceyrə DNT-də yerləşməkləkifayətlənmir. Eyni zamanda, yoluxduğu hüceyrə reseptorlarını daçox tez mutasiyaya uğradır. Nəticədə, daha çox və sürətlə mutantştamlar əmələ gəlir və bütün mutasiya və ştamları hədəf alan təkbir peyvənd hazırlamaq olduqca çətindir. Lakin, İİV virusları, İİVinfeksiyası üzərində illər ərzində aparılan çoxsaylı elmiarşdırmalar nəticəsində bir çox yeni nailiyyətlər əldə olunmuş vəolunmaqda davam edir.

- İİV pozitiv insanların müalicələrinin onların həyatkeyfiyyətinə təsirləri barədə məlumat verərdiz?

- İİV-ə yoluxmuş insanların yaşama müddəti erkən diaqnozunqoyulmasından və müalicəsinin erkən mərhələdə başlanmasından asılıolaraq, əhəmiyyətli dərəcədə uzanıb. Son elmi araşdırmalara əsasən,ART qəbul edən və mütəmadi müayinələrdən keçərək, nəzarət altındamüalicəsini davam etdirən İİV-lə yaşayanlarla İİV-neqativ(infeksiyaya yoluxmamış) insanların yaşama müddəti eynidir.

Hazırda antiretrovirus terapiyasının (ART) əlçatanlığıbaxımından, İİV-lə yaşayan insanların həyat keyfiyyəti və yaşamamüddəti İİV-neqativ şəxslərdən fərqlənmir. İİV-lə yaşayaninsanlarda yaşam müddətinə təsir edən əsas faktorlar xəstəliyinerkən diaqnostikası, müalicəyə erkən mərhələdə başlamaq, dərmanqəbulunda sadiqliyin olması, sağlam həyat tərzi, immunitetinsəviyyəsi, virus yükünün təyin olunmayacaq səviyyəyə gəlib çatması,ağırlaşmaların və yanaşı xəstəliklərin olub-olmamasıdır.

Antiretroviral
Antiretroviral
Məqalədə:
Seçilən
12
4
az.trend.az

5Mənbələr