AZ

20 yaşlı gənc özünə “dövlət” qurdu: Bayrağı, valyutası və 400 vətəndaş ı var

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Televiziya serialı kimi görünə bilər, amma realdır. 

Daniel Cekson adlı gənc həvəskar özünü Xorvatiya ilə Serbiya arasında kiçik “dövlət” Verdis Azad Respublikasının prezidenti elan edib. “Ölkənin” öz bayrağı, hökuməti, valyutası, pasportu və 400-ə yaxın “vətəndaşı” var.

“Cebheinfo.az” bu barədə NYP-yə istinadən bildirir.

Verdis haradadır?

125 hektardan az ərazisi olan bu “dövlət”  xəritələrdə “Cib 3” kimi tanınan Dunay boyunca mübahisəli ərazidə yerləşir. Uzun müddətdir davam edən sərhəd mübahisəsinə görə, ərazi rəsmi olaraq nə Xorvatiyaya, nə də Serbiyaya aiddir.

Avstraliyadan olan 20 yaşlı Cekson deyir: “14 yaşımda olanda bu, mənim üçün sadəcə bir fikir, dostlarımla bir zarafat idi”. Bu gün o, özünü prezident adlandırır.

O, 30 may 2019-cu ildə “müstəqilliyini” rəsmən elan edib. Bura Vatikandan sonra dünyanın ikinci ən kiçik "dövləti"dir.

Cekson “Roblox”-da virtual dünyalar yaradaraq, eyni zamanda “real ölkə” quraraq, rəqəmsal dizayner kimi fəaliyyət göstərir. O, ilk qanunları, bayrağı və simvolları 18 yaşında hazırlayıb. Verdisin rəsmi dilləri ingilis, xorvat və serb dilləridir. Pul vahidi avrodur.

Verdisə yalnız Xorvatiyanın Osijek şəhərindən qayıqla gedə bilərsiniz. Lakin bu, asan deyil: 

2023-cü ilin oktyabrında Xorvatiya polisi Ceksonun özü də daxil olmaqla bir qrup köçkünü saxladı, deportasiya edib və onin ölkəyə girişi ömürlük qadağan olunub: "Onlar bizi niyə deportasiya etdiklərini izah etmədilər. Sadəcə dedilər ki, biz milli təhlükəsizliyə təhdid edirik". 

Bu gün Cekson “sürgündəki hökuməti” idarə edir və Xorvatiya hakimiyyətini Serbiyadan Verdisə getmək cəhdlərinin qarşısını almaq üçün sahildə müşahidə kameraları quraşdırmaqda ittiham edir. Bununla belə, o, optimistdir:

"Məsələ "əgər" yox, "nə vaxt" məsələsidir. Xorvatiya bu torpağa iddia etmir, ona görə də bizim ona haqqımız var”.Verdisin “vəətndaşlığı” üçün artıq 15000-dən çox müraciət var. 

Onlardan 400-ə yaxın rəsmi “vətəndaş”dır. Gələnlər diqqətlə seçilir, lazımi bacarıqlara malik insanlara üstünlük verilir: həkimlər, polislər və s. Hər kəsin pasportu var, amam Cekson hava limanında ondan istifadə etməmək barədə xəbərdarlıq edir. Baxmayaraq ki, bəziləri artıq cəhd ediblər.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

dövlət bayraq valyuta vətəndaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr