AZ

Qusman Bakıdadır Sabiq nazirlərlə yanaşı əyləşdi + VİDEO

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir neçə gün əvvəl TASS agentliyi direktorunun birinci müavini postundan azad edilən Mixail Qusman Bakıya gəlib. 

“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə Qusmanın yazıçı Elçin Əfəndiyevin dəfn mərasimində iştirakına dair görüntülər yayımlanıb. Qısa videoda onun sabiq XİN başçısı Elmar Məmmədyarov və sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevlə yan-yana oturduğu görünür.

Xatırladaq ki, 1950-ci ildə Bakıda doğulan Qusman rəsmən təqaüdə göndərilsə də, əslində Kreml tərəfindən Şuşa Media Forumunda iştirakına və Azərbaycan Prezidentinin ünvanına söylədiyi xoş sözlərə görə istefaya göndərilib.

VİDEO linkdə: https://www.facebook.com/azer.hesenov.801143/video...

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
azpolitika.info

1Mənbələr