AZ

Təhlükəli həqiqət: Ozempic bədənə əslində nə edir?

Son illərin media fenomeninə çevrilən populyar arıqlama dərmanı Ozempic yenə diqqət mərkəzindədir - bu dəfə istifadəçilərin getdikcə daha çox şikayət etdiyi ciddi yan təsirlərə görə. Bəziləri onu menopoz dövründə çəki artımından qurtuluş kimi qiymətləndirsə də, ekspertlər xəbərdarlıq edir: hər şey o qədər də sadə deyil.

HİT.az xəbər verir ki, bu barədə "Vogue" nəşri yazır.

Ən çox müzakirə olunan yan təsirlərdən biri, sürətli arıqlama nəticəsində dərinin elastikliyini itirməsi, solğun və quru görünüşü təsvir edən "Ozempic üzü" adlanan effekt olub.

"Özünüzə kişmişi (quru üzümü) təsəvvür edin, yaşıl üzümü yox", deyə bu effekti Nyu-Yorklu plastik cərrah Cennifer Levin təsvir edib.

Amma bununla bitmir. Ozempic təkcə deyil, həm də Wegovy, Mounjaro, Rybelsus, Zepbound kimi digər GLP-1 (qlikaqon-ə bənzər peptid-1) dərmanlarını qəbul edənlər arasında saç tökülməsi və əzələ kütləsi itkisi halları getdikcə daha çox bildirilir.

Mütəxəssislər vurğulayır: əksər hallarda bunlar dərmanların birbaşa yan təsiri deyil, sürətli çəki itkisinin, orqanizm üçün stressin və qida çatışmazlığının nəticəsidir. Dermatoloq Marisa Qarşik izah edir ki, telogen saç tökülməsi (təbii dövrün pozulması) orqanizmin dəyişikliklərə qarşı geniş yayılmış reaksiyasıdır: bu, GLP-1 qəbuluna başladıqdan bir neçə ay sonra başlaya bilər.

Əzələ kütləsinin itkisinə gəldikdə isə, bu, sürətli arıqlamanın hər hansı formasında - pəhriz, idman, cərrahiyyə və ya dərman müalicəsi ilə əldə edilməsindən asılı olmayaraq ümumi problemdir. NYU Lanqon Səhiyyə Mərkəzindən doktor Holli Loftonun sözlərinə görə, tədbir görülməzsə, ümumi çəki itkisinin 25%-30%-i məhz əzələ toxumasına aid ola bilər.

"Bu dərmanlar çox effektiv ola bilər, amma xəstələr bilməlidir ki, arıqlama düzgün olmalıdır - əzələlərin saxlanması, yağın azaldılması qədər vacibdir", deyə doktor Lofton yekunlaşdırır.

Samir

Seçilən
6
hit.az

1Mənbələr