Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 7 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyası ləğv edilib.
Bu barədə Modern.az-a AMB-yə istindən xəbər verir.
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 30 iyul 2025-ci il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 7 (yeddi) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib", - məlumatda vurğulanıb.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısı:
№ |
Sığorta agentinin adı |
Lisenziyanın tarixi |
Lisenziyanın nömrəsi |
VÖEN |
1 |
Abasov Azər Telman oğlu |
13.06.2011 |
000449 |
4500746742 |
2 |
Hümbətzadə Gülgəz Vüqar qızı |
02.12.2022 |
SA-0268 |
2906810402 |
3 |
Məmmədli Samir Camal oğlu |
20.12.2024 |
SA-0362 |
2907641202 |
4 |
Muxtarov Mahir Muxtar oğlu |
12.12.2012 |
000823 |
2902529402 |
5 |
Nağdəliyev Fuad Elman oğlu |
12.01.2017 |
SA-004 |
1600436292 |
6 |
Nağıyev Eltun Məzahir oğlu |
26.11.2024 |
SA-0357 |
5901255262 |
7 |
Qurbanov İmran Alverdi oğlu |
05.10.2018 |
SA-0080 |
2904994942 |