AZ

İspaniyada yırtıcı quşla toqquşan təyyarə TƏCİLİ ENİŞ ETDİ

İspaniyada yırtıcı quşla toqquşan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.

İnterpress.az xəbər verir ki, Madridin Barajas hava limanında İberiyaya məxsus Airbus A321NEO XLR təyyarəsi böyük quşla toqquşması səbəbindən havaya qalxdıqdan qısa müddət sonra təcili eniş etmək məcburiyyətində qalıb.

İlkin məlumata görə, bu, quzğun olub: əvvəlcə heyvan təyyarənin burnuna çırpılıb, sonra isə onun cəsədi sol mühərrikə sorulub.

Reys Paris-Orli hava limanına uçmalı idi, lakin toqquşma havaya qalxdıqdan bir neçə dəqiqə sonra, kritik qalxma mərhələsində baş verib.

Pilotlar dərhal Madridə qayıtmaq qərarına gəliblər və təxminən 25 dəqiqə sonra təyyarə uçuş hava limanında təcili eniş zolağına təhlükəsiz eniş edib.

Zədələnmiş təyyarənin cəmi dörd həftəlik yaşı var: bu model dünyanın ən müasirlərindən biridir.

O, yalnız bu il iyulun 2-də təhvil verilib və transatlantik uçuşlar üçün nəzərdə tutulub, lakin hələlik heyətlər yalnız Avropa uçuşlarında təlim keçirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr