AZ

Qaxda kafedə araq içən kişi dünyasını dəyişdi

Qax şəhərində kafelərdən birində spirtli içki qəbul edən kişi vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 55 yaşlı rayon sakini Əşrəf Əfəndiyev şəhər ərazisindəki kafeyə gedərək spirtli içki qəbul edib və elə həmin yerdəcə dünyasını dəyişib.
 

İlkin araşdırmalarla mərhumun spirtli içki aludəçisi olduğu, hər gün araq və digər spirtli içkilər qəbul etdiyi məlum olub.


Meyit müayinə olunmaq üçün müvafiq qaydada təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
10
bizim.media

1Mənbələr