AZ

Susuzluğu yatırmaq üçün ən yaxşı alternativ adiSUDUR

İsti havalarda susuzluğu kofe və ya şirin qazlı içkilərlə yatırtmaq məsləhət görülmür.

Redaktor.az xəbər verir ki, bu barədə terapevt Alina Kiriçenko life.ru-ya açıqlamasında xəbərdarlıq edib və istidə bu içkilərə alternativi açıqlayıb.

“Həddindən artıq istidə bir stəkan kola və ya bir fincan qəhvə bədənə aydın susuzlaşdırıcı təsir göstərə bilər. Kofein sidikqovucu təsir göstərir, diurezi artırır və mayenin daha intensiv ifrazını təşviq edir”, - deyə həkim bildirib.

O əlavə edib ki, istidə kofein orqanizmin termorequlyasiya qabiliyyətini 20–25 faiz azalda bilər.

Alina Kiriçenko əlavə edib ki, kola kimi şirin qazlı içkilərin tərkibində hər qutuda beş-on çay qaşığı şəkər olur. Belə bir şirin məhlulun həzmi zamanı orqanizm qan axınından suyu həzm sisteminə yönləndirir ki, bu da insanın limonad içdikdən sonra daha çox susamasına səbəb olur.

Həkimin sözlərinə görə, qazlı içkilərdəki fosfor turşusu və digər komponentlər mədə selikli qişasını qıcıqlandıra və böyrəklərə əlavə yük yarada bilər.

Kiriçenko susuzluğu yatırmaq üçün ən yaxşı alternativin adi içməli su olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr