AZ

Biləsuvarda hüquq xidmətinə ehtiyacı olan qadınlarla görüş keçirilib FOTO

ain.az, Sitat.info saytına istinadən bildirir.

Biləsuvar rayonunda hüquq xidmətinə ehtiyacı olan qadınlarla görüş keçirilib.

Sitat.info xəbər verir ki, görüş qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin icra etdiyi “Qadınların hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində baş tutub. Biləsuvar Mərkəzi Kitabxanasında keçirilən görüş zamanı 8 nəfər Biləsuvar sakini qəbul edilib. 

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin Yektinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Məhərrrəm Qurbanov həyata keçirilən layihənin əhəmiyyəti barədə məlumat verib. 

Daha sonra çıxış edən təşkilatın sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Hacıqabul, Salyan və Biləsuvar rayonlarının ərazisini əhatə edən layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən, övladını təkbaşına böyüdən, aliment asılılığında yaşayan və digər hüquqi müdafiəyə ehtiyacı olan qadınlara hüquqi konsultasiya xidməti göstərib hüquqlarını qorunmaqla sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Daha sonra layihənin hüquqşünası, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov müraciət edən Biləsuvar rayon sakinlərini qəbul edib. 

Müraciətlər əsasən  alimentin artırılması, sosial hüquqlar, məişət zorakılığına məruz qalan zaman hüquq müdafiə sistemi ilə bağlı olub. 

Vətəndaşların müraciətləri əsasında onlara hüquqları izah edilib və müraciətləri ilə bağlı müvafiq qeydlər götürülüb.

Hüquqi konsultasiya xidməti göstərilən şəxslərin sənədləri hazırlanaraq yaxın günlərdə vətəndaşlara çatdırılacaq. Hazırlanan müraciətlər həmin şəxslər tərəfindən imzalandıqdan sonra aidiyyatı qurumlara göndəriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
sitat.info

2Mənbələr