AZ

bp bu ölkədə şirkət tarixinin son 25 ildəki ən böyük yatağını kəşf edib

Bakı. Trend:

bp şirkəti Santos hövzəsində yerləşən Bumerangue blokunda,Rio-de-Janeyrodan 404 kilometr (218 dəniz mili) məsafədə, 2372 metrdərinlikdə “1-BP-13-SPS” kəşfiyyat quyusunu qazıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, buruq quyusunun ümumi dərinliyi 5855 metr təşkiledib. O yüksək keyfiyyətli, 300 kvadrat kilometrdən çox sahəyəmalik, duzaltı karbonat kollektorunda 500 metrlik karbohidrogenlayına daxil olub.

“Biz böyük məmnuniyyətlə Bumerangue yatağının kəşfini elanedirik – bu bp üçün son 25 ilin ən iri kəşfidir”, -deyə şirkətinistehsalat və istismar üzrə icraçı vitse-prezidenti Qordon Birrellbildirib.

Bundan başqa, bp şirkəti Bumerangue blokunda 100%-lik payamalikdir. Layihə üzrə məhsul bölgüsü şərtlərinə əsasən müqaviləninidarəedici tərəfi Pre-Sal Petroleo SA şirkətidir. Razılaşmaya görə,80% kompensasiya nefti və 5,9% mənfəət nefti nəzərdə tutulur.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr