Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku yarışları başa çatıb.
Finss.az Azərbaycan Cüdo Federasiyasının məlumatına əsasən xəbər verir ki, final günündə idmançılarımız Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar və Dövlət Himnimiz səsləndirilib.
Bundan əvvəl Nihad Məmişov (-60 kq) və Əbil Yusubov (-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib.
Yekunda Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci yerə yüksəlib.