AZ

Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi VİDEO

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Müğənni Dilarə Kazımova "Elidor Azərbaycan”ın dəstəyi ilə günlərdi sosial şəbəkələrdə anons etdiyi yeni layihəsini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, məşhur estrada  ifaçısı "Parla” adlı yeni trekini dinləyicilərin ixtiyarına verib. Həmin ifanın müəllifi Sheyh Ree-dir. Bəstənin aranjimanı və səs uzlaşması Ozadeyə məxsusdur. 

Layihədə Dilarə dostları aparıcı Fidan Cəfərova və Jalə Vəliyeva ilə kamera qarşısına keçib. 

D. Kazımova mətbuata yaydığı açıqlamada mahnı həyatda parlamaq və işıq saçmaq istəyən gözəl xanımlara həsr etdiyini bildirib:

"Yay- dəyişiklik və parlaq yenilənmələr üçün mükəmməl mahnıdır. Bəstəni dinləyən kimi sözlərə və musiqisinə bağlandım. Bir sözlə, qəlbimə toxundu. Mahnının hər söz və notunda sanki parlamaq, işıq saçmaq, göz qamaşdırmaq istəyən xanımları gördüm. Qadın, bir işığın parıltısı kimi, gözəldir. Onun gücü, incəliyində gizlidir. Hər zərif və gözəl cinsin nümayəndəsi özünü görə biləcəyi güzgüdür bu mahnı. Əminəm ki, dinləyicilərimdə xoş təəssürat yaradacaq”.

Rəngarəng, eyni zamanda yay ab-havalı görüntülərə malik "Parla” bütün musiqi platformalarında təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azxeber.com

1Mənbələr