Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yerləşən Soçi beynəlxalq aeroportunun yanacaq-doldurma kompleksinə zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hücum nəticəsində aeroport ərazisindəki yanacaq infrastrukturunun sıradan çıxdığı bildirilir. Hadisənin dəqiq tarixi və zərərin miqyası barədə ətraflı məlumat verilməyib. Rusiya tərəfi isə hələlik bu hücumla bağlı rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, Ukrayna ordusu son zamanlar Rusiya ərazisində yerləşən strateji hədəflərə dron və raket hücumlarını intensivləşdirib. Soçi aeroportuna edilən hücum da bu taktikanın tərkib hissəsi kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az