İngiltərə və Uelsdə bıçaqlı hücumların artması səbəbilə samuray qılınclarının ictimai yerdə daşınması qadağan edilib.
Publika.az xəbər verir ki, yeni qanuna əsasən, bu qaydanı pozanlara 4 ilə qədər həbs cəzası verilə bilər.
Qanun 2022-ci ildə ninja qılıncı ilə öldürülən 16 yaşlı Ronan Kandanın xatirəsinə qəbul edilib. Artıq evdə belə bu cür qılınclara sahib olmaq cinayət sayılır.
Məlumata görə, son 10 ildə bölgədə bıçaqla törədilən cinayətlər 87 faiz artıb. Təkcə ötən il 54 587 cinayət qeydə alınıb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.