“AzerGold” QSC-nin öhdəlikləri 2023-cü ildəkji 150 milyon 887 min manatdan 2024-cü ildə 88 milyon 566 min manata düşüb.
Teleqraf xəbər verir ki, öhdəliklərin daralmasına borc vəsaitlərinin azalması təsir göstərib.
Belə ki, 2023-cü ildə “AzerGold”nin borc vəsaitləri 35 milyon 925 min manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 3 milyon 155 min manat olub.