AZ

Azərbaycanın həyata keçirdiyi təşəbbüslər coğrafi məhdudiyyətləri imkanlara çevirib - Sahibə Qafarova

Bakı. Trend:

Azərbaycanın həyata keçirdiyi təşəbbüslər coğrafiməhdudiyyətləri imkanlara çevirib.

Trend xəbərverir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova avqustun4-də Türkmənistanın Avaza şəhərində keçirilən BMT-nin Dənizə çıxışıolmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransıçərçivəsində keçirilən Parlamentlərarası Forumda səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsləri dənizə çıxışıolmayan inkişaf etməkdə olan ölkələr üçün regional əməkdaşlığa vəkoordinasiyaya, daha yaxşı əlaqələrə və ticarətə töhfədir.

Spiker Sahibə Qafarova deyib ki, son illər Azərbaycan nəqliyyatinfrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz TicarətLimanına, yeni avtomobil yolları və dəmir yollarının çəkilməsinəmilyardlarla dollar sərmayə qoyub. Qeyd olunub ki, Transxəzər OrtaDəhliz və Şimal-Cənub Dəhlizi boyunca yerləşən Azərbaycan bu günAvrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinəçevrilib.

Milli Məclis sədrinin çıxışında bildirilib ki, Orta Dəhlizintəməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin regionaləlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən"Rəqəmsal İpək yolu" layihəsi – Xəzər dənizinin dibi iləfiber-optik kabel şəbəkəsi rəqəmsal infrastrukturun və rəqəmsaltəhlükəsizliyin inkişafına töhfə verəcək.

O, həmçinin hazırda həyata keçirilən digər mühüm təşəbbüs -Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinininkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da məlumat verib.Spiker Azərbaycanın Cənub-Cənub əməkdaşlığı konsepsiyasına sadiqqalaraq, gömrük işinin təkmilləşdirilməsi və modernləşdirilməsi,rəqəmsallaşdırılması və infrastrukturun inkişafı sahəsindətəcrübəsini dənizə çıxışı olmayan digər inkişaf etməkdə olanölkələrlə bölüşdüyünü, bununla da onlara coğrafi təcriddən çıxmaqvə kollektiv tərəqqiyə nail olmaq imkanı yaratdığını deyib. SahibəQafarova həmçinin ölkəmizin beynəlxalq ictimaiyyəti dənizə çıxışıolmayan inkişaf etməkdə olan ölkələrin DİM-lərə nail olması üçünonlara dəstək xarakterli daha güclü, praktiki mexanizmlər təqdimetməyə çağırdığını bildirib.

Seçilən
14
7
az.trend.az

10Mənbələr