PKK terror təşkilatının Suriya qanadı SDQ Suriya hökumət qüvvələrinə qarşı hücuma keçdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, terror təşkilatı YPG/PKK-nın siyasi qanadı olan SDG-yə bağlı qüvvələr Suriyanın Hələb şəhərindəki Dayr Hafirdə hökumət qüvvələri ilə toqquşduqlarını açıqlayıb.
SDQ bölgədəki dörd ayrı hökumət mövqesinə hücum etdiklərini bildirdi.
SDQ və Dəməşq administrasiyası 2025-ci ilin martında razılığa gəlib və SDF-yə bağlı qüvvələr hökumət qüvvələri ilə inteqrasiya barədə razılığa gəliblər.
Müqaviləni SDQ-ni təmsil edən Mazlum Abdi və Suriyanı təmsil edən prezident Əhməd əl-Şaraa imzalayıb.
SDQ-nin hücumu ilə Dəməşqlə imzalanan müqavilə pozulub.
Aytən Yaşar/ Turkustan.az