Ulusal.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krımda yerləşən Rusiya Hərbi Hava Qüvvələrinin “Saki” aerodromuna pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində beş Rusiya qırıcısına zərbə endirilib, onlardan biri – Su-30SM tamamilə məhv edilib.
SBU-nun yaydığı məlumata görə, hücum bu gecə həyata keçirilib. “Saki” aerodromu Rusiya üçün Qara dənizdəki hərbi əməliyyatlarda əsas bazalardan biri sayılır.
Məlumatda qeyd olunur ki, hücum zamanı bir Su-30SM qırıcısı tamamilə məhv edilib, digər bir qırıcı isə zədələnib. Həmçinin üç ədəd Su-24 tipli döyüş təyyarəsinə də zərər dəyib.
Ukrayna tərəfi bu əməliyyatı “Pauçina” (Tor) adlandırır və Rusiyanın hərbi infrastrukturlarına qarşı həyata keçirilən xüsusi aksiyalar çərçivəsində növbəti uğurlu zərbə kimi qiymətləndirir.