AZ

Kuril adalarında güclü zəlzələ oldu

Şimali Kuril adaları yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Severo-Kurilskdən 232 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 62 km dərinlikdə olub. Həmçinin, Şimali Kuril adalarında 4 bal gücündə əlavə bir zəlzələ qeydə alınıb. Hələlik insan tələfatı və dağıntılarla bağlı məlumatlar daxil olmayıb.

Seçilən
29
manset.az

1Mənbələr