AZ

Qadın beyninin ehtiyac duyduğu yuxu: Bioloji lüks yoxsa zəruri bərpa prosesi?

Qadınların kişilərə nisbətən daha çox yatması tənbəlliklə izah edilə bilməz. Bu, qadın orqanizminin və beyninin yüksək yüklənməyə verdiyi təbii reaksiyadır. Gündəliyi stres, emosiya və çoxsaylı paralel tapşırıqlarla dolu olan qadın bədəni, gecə saatlarında daha uzun və dərin bir bərpa mərhələsinə ehtiyac duyur.

News365.az xəbər verir ki, araşdırmalar göstərir ki, qadın beyni eyni anda çoxsaylı funksiyanı icra etmə potensialına malikdir: gündəlik planlama, emosional qərarlar, sosial reaksiyalar və məişət qayğılarının ağırlığı – bütün bunlar bir növ “gücləndirilmiş rejim”də işləyən bir sistemin təmsilidir. Belə bir mexanizmin isə, təbii ki, tez-tez “servisə” ehtiyacı olur.

Qadınların stresə yanaşması da fərqlidir. Onlar problemi keçici bir hal kimi deyil, dərin bir emosional hadisə kimi qəbul edir, onu təhlil edir, fərqli ssenarilər yaradır və tez-tez daxili dünyalarında yenidən və yenidən yaşayırlar. Bu emosional “təkrarlar” isə beyin enerjisinin tükənməsinə səbəb olur.

Yuxu burada sadəcə istirahət deyil – bədənin və zehinin formatlanması, “yenidən yüklənməsi” funksiyasını yerinə yetirir. Qadınların yuxuya daha çox vaxt ayırmasının səbəbi də məhz budur: gündəlik yüklənməni balanslaşdırmaq və növbəti günə hazır olmaq.

Xüsusilə işləyən qadınlar üçün yuxu, sadəcə bədən enerjisinin deyil, psixoloji dayanıqlığın da bərpası üçün vacib bir amildir. Çünki onlar həm ailə qayğılarını, həm də peşə öhdəliklərini eyni anda çiyinlərində daşıyırlar. Valideyn məsuliyyəti, övlad narahatlığı, sosial və emosional gərginliklər qadın beynində fasiləsiz bir yüklənmə yaradır.

Nəticə olaraq, qadının uzun yuxusu, tənbəllik və ya fərdi vərdiş deyil, bioloji və psixoloji ehtiyacdır. Yəni bu, təbiətin qadına verdiyi “əlavə istirahət paketi” yox, bərpa olunması üçün ona tanıdığı haqlı fürsətdir.

News365.az

Seçilən
3
news365.az

1Mənbələr