Son günlərdə “Sea Breeze” istirahət kompleksində kazino fəaliyyətinin başlanacağı ilə bağlı yayılan məlumatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu təşəbbüsə birmənalı yanaşılmır – bəziləri bunu ölkə turizminin inkişafı üçün fürsət kimi görür, digərləri isə ehtiyatla yanaşır. Lakin əsas sual hələ də aktuallığını qoruyur: belə bir obyektin yaradılması Azərbaycanın iqtisadi və turizm potensialına nə dərəcədə töhfə verə bilər?
İqtisadçı Natiq Cəfərli “Yeni Sabah”la məsələni müzakirə edərkən bəzi əsas məqamlara toxunub:
“Bu sualın cavabı birbaşa həmin obyektin necə fəaliyyət göstərəcəyindən və təqdim edəcəyi xidmətin səviyyəsindən asılıdır. Qonşu Gürcüstan bu sahədə əhəmiyyətli təcrübəyə malikdir və bu ölkədəki nümunə kifayət qədər diqqətəlayiqdir. Belə ki, Gürcüstanın Batumi şəhəri əvvəllər sadə bir dənizkənarı qəsəbə olarkən, kazino və turizm sektoruna yönəlik atılan addımlarla qısa zamanda Cənubi Qafqazın tanınmış turizm mərkəzlərindən birinə çevrilib. Kazino biznesinin açılması burada həm yerli, həm də xarici turistlərin marağını cəlb edib və bu, təkcə şəhərin iqtisadi mənzərəsini dəyişməkdə deyil, minlərlə yeni iş yerinin yaradılmasında da həlledici rol oynayıb. pizza sifarişi
Hazırda Gürcüstanda fəaliyyət göstərən kazinolar dövlət büdcəsinə hər il yarım milyard dollara yaxın gəlir gətirir. Təkcə Batumidə deyil, Tbilisi və digər şəhərlərdə də bu sahəyə böyük maraq var və turist axını bu məkanlar vasitəsilə artır”.
Müsahibimiz qeyd edib ki, Azərbaycanda bu təcrübənin nə dərəcədə uğurlu olacağı isə bir sıra amillərdən asılıdır:
“Əgər “Sea Breeze”də açılması planlaşdırılan kazino beynəlxalq standartlara cavab verən, xarici və yerli turistlər üçün həm istirahət, həm də əyləncə imkanları təklif edən bir məkana çevrilərsə, bu zaman təkcə turist sayında artım deyil, ölkədə yeni iş yerlərinin yaranması və büdcəyə əlavə gəlirlərin daxil olması da müşahidə oluna bilər.
Lakin nəzərə almaq lazımdır ki, bu proses bir anda baş vermir. Dünya təcrübəsi göstərir ki, kazino sektorunun turizmə real təsiri üçün vaxt və düzgün idarəetmə vacibdir. Əgər bu sahə şəffaf və nəzarətli şəkildə qurularsa, tənzimlənmiş hüquqi baza ilə fəaliyyət göstərərsə, o zaman Azərbaycan da bu sahədə Gürcüstanla rəqabətə girə bilər.
Sonda qeyd etmək olar ki, “Sea Breeze”də kazinonun açılıb-açılmayacağı məsələsindən daha vacibi, onun hansı strategiya ilə fəaliyyət göstərəcəyidir. Əgər bu obyekt sadəcə ad altında bir məkan yox, əsl turizm magniti olacaqsa, onda ölkəmiz bu sektordan uzunmüddətli dividentlər qazana bilər”.
Aytac Əliyeva
Telegram kanalımız