Bakı. Trend:
2025-ci ilin birinci yarısında Transadriatik qaz kəməri (TAP)vasitəsilə İtaliyaya təxminən 4,8 milyard kubmetr təbii qaz nəqlolunub ki, bu da 2024-cü ilin analoji dövrü ilə eyni səviyyədədir(İtaliyaya ümumi qaz idxalının təqribən 15%-i).
Bu barədə TrendTAP AG şirkətinin səhmdarlarından biri olan Snam-a istinadla xəbərverir.
“Qaz kəmərinin gücünün potensial genişləndirilməsinə marağıqiymətləndirmək məqsədilə yeni məcburi olmayan bazar sınağımərhələsinə start verilib”, – şirkətin açıqlamasında deyilir.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir vəbeləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatikdənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-ŞərqiAvropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ciilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazıBolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazınındaha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).