26 yaşlı britaniyalı futbolçu Madelen Rayt yenidən sosial şəbəkələrdə böyük rezonans doğurub.
Publika.az xəbər verir ki, "Instagram"da 320 mindən çox izləyicisi olan futbolçu bu dəfə şəffaf alt geyimində və yalnız açıq pencəklə tamamlanan cəsarətli fotolarını paylaşıb.
"Milluoll" və "Çarlton"un sabiq oyunçusu bir vaxtlar "Snapchat"də yayımladığı qalmaqallı videolara görə klubdan uzaqlaşdırılmışdı. Hazırda o, "OnlyFans" platformasında fəaliyyətini davam etdirir və orada paylaşdığı cəlbedici məzmunla yüksək gəlir əldə edir.
İnternetdəki provokativ obrazına baxmayaraq, Rayt futbolu tam tərk etməyib. Ötən il o, qadınlardan ibarət "Çeşem Yunayted" komandasının heyətində meydana qayıdıb.
İdmançının son paylaşımı fanatlar tərəfindən şərh yağışına tutulub, izləyicilər onun cəsarətinə və xarici görünüşünə heyranlıqlarını ifadə ediblər.