AZ

“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

“AzerGold” QSC-nin və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.

QSC-nin məlumatına görə, beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.

Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.

Ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35 faiz artaraq 182,69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9 faiz artaraq, 70,5 min unsiya qızıl və 97,5 min unsiya gümüş təşkil edib.

2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27,5 faiz artaraq 89,88 milyon dollar səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində 21,3 faiz artaraq 33,02 milyon dollar təşkil edib.

Səhmdar Cəmiyyətin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488,35 milyon dollar təşkil edib, bu əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4,3 faiz artıma bərabərdir.

Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3,1 faiz artaraq 105,22 milyon dollar, ümumi kapitalı 26 faiz artaraq 399,78 milyon dollar təşkil edib.

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü il üzrə göstəriciləri dövlət şirkətinin və onun törəmə şirkətlərində yüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir.

2024-cü il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə bu linkdən (https://azergold.az/haqqimizda/maliyye-ve-audit-hesabatlari) tanış olmaq olar .

Seçilən
12
19
vergiler.az

10Mənbələr