BAKI, 4 avqust. TELEQRAF
Azərbaycanın Rusiya, Gürcüstan və İran İslam Respublikası ilə sərhəddə yerləşən gömrük keçid məntəqələrində yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda heç bir yük nəqliyyat vasitəsi növbədə gözləməsə də, “Samur” gömrük postunda 84 yük maşını növbədədir.
Gürcüstan ilə sərhəddə yerləşən “Mazımçara” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda isə 120 yük nəqliyyat vasitəsi növbə gözləyir. Bu keçid məntəqələri arasında ən sıx olanı “Qırmızı Körpü”dür.
İran İslam Respublikası ilə sərhəddə yerləşən “Biləsuvar” gömrük postunda növbədə yük maşını olmasa da, “Astara” gömrük postunda 84 yük nəqliyyat vasitəsi növbəyə düzülüb.