Yaponiyada yayılan “2025-ci ildə fəlakət olacaq” iddiaları turizmə ciddi təsir edib.
News24.az xəbər verir ki, məşhur bir alimin iddialarına görə iyul ayında böyük bir fəlakət yaşanacağı ehtimalı asiyalı turistləri qorxudub, rezervasiyalar 50% azalıb.
Xüsusilə Honq-Konq, Tayvan və Cənubi Koreyadan gələn turistlərin sayı kəskin şəkildə düşüb. Halbuki Avropa və ABŞ-dan gələn ziyarətçilərdə belə bir azalma müşahidə olunmayıb.
Mütəxəssislər bu panikanın əsasən Asiya ölkələrilə məhdudlaşdığını bildirir.
Xeyrənsə Piriyeva