AZ

DİQQƏT! SUMQAYITDA vətəndaşları narazı salan ŞİRKƏT SAHİBİ KİMDİR?

Sumqayıt şəhərinin 76-cı məhəlləsində yerləşən torpaq sahələrinin qanunsuz zəbt edilməsi ilə bağlı bir qrup vətəndaşın ciddi iddiaları gündəmi zəbt edib. Şəhər sakinlərinin bildirdiyinə görə, onlara məxsus ümumilikdə 0.35 hektar torpaq sahəsi 2024-cü ilin yanvar ayından etibarən qanunsuz şəkildə zəbt olunub. Vətəndaşların sözlərinə görə, qeyri-iş günlərində, gecə saatlarında əraziyə texnikalar yeridilib, hasarlar sökülüb, tikinti materialları dağıdılaraq bir hissəsi yaxınlıqdakı gölə atılıb. Hadisədən dərhal sonra hüquq-mühafizə və dövlət qurumları məlumatlandırılsa da, iddialara əsasən, lazımi tədbirlər görülməyib.


Şikayətçilərin bildirdiyinə görə, bu qanunsuzluqların arxasında SENERGY.AZ MMC-nin (SENERGY GROUP) rəhbəri Seymur Quliyev dayanır (əlaqə: 0552217766). İddialara görə, S. Quliyev bəzi bələdiyyə əməkdaşları ilə əlbir olaraq saxta sənədlər və müqavilələr tərtib etdirib. Bu sənədlərin heç biri müsabiqə və ya hərrac yolu ilə rəsmiləşdirilməyib. Üstəlik, müqavilələrin S.Quliyevin anası Quliyeva Nazilə İsa qızının adına bağlandığı, lakin hüquqi əsaslara malik olmadığı bildirilir. Şikayətçilər qeyd edirlər ki, torpaq sahələri zəbt edilərkən aidiyyəti dövlət orqanlarına – o cümlədən Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinə dəfələrlə rəsmi müraciətlər olunub. Lakin heç bir qurum tərəfindən müdaxilə edilməyib. Əksinə, qarşı tərəf qanunsuz şəkildə ərazini hasarlamağa nail olub. Bildirilir ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə daxil deyil, o, dövlət əmlakı sayılır.


Şikayətçilərin sözlərinə görə, Sumqayıt Bələdiyyəsinin keçmiş sədri, hazırda sədr müavini vəzifəsində çalışan Orxan Adıgözəlzadə və əməkdaş Araz Muradzadə bir neçə dəfə əraziyə gələrək sakinlərə bildiriblər ki, torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun göstərişi ilə Seymur Quliyevə verilib. Onların sözlərinə görə, "əgər tikintiyə mane olsanız, problem yaşayarsınız" deyərək vətəndaşlara təzyiq göstərilib. Ərazidə müqavimət göstərən sakinlərə qarşı Sumqayıt Bələdiyyəsi və şirkət rəhbəri tərəfindən müxtəlif maneələr yaradılıb. Məhəllə sakinlərinin bir neçə qazini də əraziyə dəvət etdiyi və məsələ ilə bağlı Bələdiyyələrlə İş Baş İdarəsinə ünvanlanan şikayətlər əsasında aparılan araşdırmalarda maraqlı faktlar üzə çıxıb.



Məlum olub ki, Sumqayıt Bələdiyyəsinin sədri Orxan Adıgözəlzadənin göstərişi ilə 76-cı məhəllədə yerləşən 3500 m² torpaq sahəsi 10 il müddətinə Quliyeva Nazilə İsa qızının icarəsinə verilib. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin adından 16.08.2024-cü il tarixli icarə müqaviləsi bağlanıb. Araşdırmalar nəticəsində Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən aşağıdakı qərarlar qəbul olunub: Həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bələdiyyənin 14.02.2017-ci il tarixli, 02 saylı iclasının 7 saylı qərarının ləğvi, Hüquqmüəyyənedici sənədlər olmadan vergi uçotuna alınmış şəxslərin uçotdan çıxarılması, Gələcəkdə bələdiyyənin fəaliyyətində qanunvericiliyə uyğunluğun təmin olunması və oxşar halların təkrarlanmaması üçün tövsiyə verilməsi.


Beləliklə, Sumqayıt Bələdiyyəsinin 14 fevral 2017-ci il tarixli 02 saylı daxili qərarının qanunsuz olduğu rəsmən müəyyən edilib. Bələdiyyələrlə İş Baş İdarəsinin göstərişi ilə keçirilmiş iclas zamanı Sumqayıt Regional Ədliyyə İdarəsi bu qərarın ləğvini rəsmiləşdirib. Bələdiyyələrlə İş Baş İdarəsinin məlumatına görə, araşdırma zamanı toplanan sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub. Sakinlər qeyd edirlər ki, 2017-ci ildən bu günədək, məhz 14 fevral 2017-ci il 02 saylı daxili qərara əsaslanaraq Sumqayıt şəhəri ərazisində yerləşən çoxsaylı köhnə tikililərə və bələdiyyə/dövlət torpaqlarına icarə müqavilələri verilib. Bu müqavilələr əsasında minlərlə vətəndaş mütəmadi olaraq vergi ödənişləri həyata keçirib. İndi isə sual yaranır: Bu müqavilələrin hüquqi qüvvəsi necə olacaq? Bu sənədlərin taleyi necə həll ediləcək? Vətəndaşlar vergilərini necə ödəyəcəklər? Əgər 14 fevral 2017-ci il 02 saylı daxili qərara əsasən sizə də torpaq sahəsi icarəyə verilibsə və bu barədə şikayətiniz varsa bizimlə , əlaqə saxlayaraq şikayətinizi bildirə bilərsiniz.  


Mövzunu diqqətdə saxlayacağıq...


Seçilən
1
referans.az

1Mənbələr