AZ

Ukrayna Rusiyanın beş qırıcısını vurdu

Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Krım ərazisində Rusiyanın 5 qırıcısını vurub. Təyyarələrdən biri tamamilə məhv edilib, digərləri zədələnib.

Ukrayna Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb. Bəyanatda bildirilir ki, işğal altında olan Krımın "Saki" hərbi aerodromuna gecə hücumu zamanı hədəflər vurulub.

Açıqlamada deyilir: "Su-30SM" qırıcılarından biri məhv edilib, digəri zədələnib. Bundan başqa, "Su-24" markalı üç qırıcı da zədələnib".

Qeyd edək ki, "Saki" aerodromu Rusiya aviasiyasının Qara dənizdəki əməliyyatları üçün əsas baza hesab edilir. 

Su-30SM təyyarəsinin birinin qiyməti 35-50 milyon dollar civarındadır.

Hürr Tərcüman

 

Seçilən
6
hurriyyet.az

1Mənbələr